Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ İLƏ YUNANISTAN RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA İQTİSADİ, SƏNAYE VƏ TEXNOLOJİ SAHƏLƏRDƏ ƏMƏKDAŞLIQ ÜZRƏ BİRGƏ KOMİSSİYANIN AZƏRBAYCAN RESPUBLİKASI TƏRƏFİNDƏN YENİ TƏRKİBİNİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:
Komissiyanın həmsədri:
Heydər Babayev        -Azərbaycan Respublikasının

iqtisadi inkişaf naziri

Komissiyanın üzvləri:
Xələf Xələfov   -Azərbaycan Respublikası

xarici işlər nazirinin müavini

İsgəndər İsgəndərov     -Azərbaycan Respublikası

təhsil nazirinin müavini

        Musa Pənahov    -Azərbaycan Respublikası

                                                nəqliyyat nazirinin müavini

Teymur Mehdiyev         -Azərbaycan Respublikası

mədəniyyət və turizm nazirinin

müavini

Bəhram Əliyev    -Azərbaycan Respublikası

kənd təsərrüfatı nazirinin müavini

Gülməmməd Cavadov   -Azərbaycan Respublikası

sənaye və energetika nazirinin müavini

İltimas Məmmədov  -Azərbaycan Respublikası

rabitə və informasiya texnologiyaları nazirinin müavini

Sənan Kərimov     -Azərbaycan Respublikası

səhiyyə nazirinin müavini

Səfər Mehdiyev    -Azərbaycan Respublikası

Dövlət Gömrük Komitəsi sədrinin

birinci müavini

Vadim Xubanov   -Azərbaycan Respublikası Milli

Bankının İdarə Heyəti sədrinin müavini

Rəfael Rəhmanov   -Azərbaycan Dövlət Xəzər Dəniz

Gəmiçiliyi rəisinin birinci müavini

Mir-Həmzə Əfəndiyev  -Azərbaycan Respublikasının

Yunanıstan  Respublikasında fövqəladə

və səlahiyyətli səfiri

Ülvi Seyidzadə     -Azərbaycan Respublikası Maliyyə

Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri

2. “Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 7 aprel tarixli 1192 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 4, maddə 183; 2005-ci il, № 10, maddə 968) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Yunanıstan Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

                                İlham Əliyev

                  Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin