RƏSMİ SƏNƏDLƏR
“AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ BELARUS RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA BAYTARLIQ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA” SAZİŞİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” 2007-ci il mayın 2-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2007-ci il.