Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ MƏRAKEŞ KRALLIĞI HÖKUMƏTİ ARASINDA İKİTƏRƏFLİ ƏMƏKDAŞLIQ ÜZRƏ BİRGƏ KOMİSSİYANIN AZƏRBAYCAN RESPUBLİKASITƏRƏFİNDƏN TƏRKİBİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli 2272 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2007-ci il mayın 3-də Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın təsis edilməsi haqqında Anlaşma Memorandumu”nun icrasını və iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:

Komissiyanın həmsədri

Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri

Komissiyanın üzvləri:

İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci

müavini

Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Natiq Qasımov - Azərbaycan Respublikası vergilər nazirinin müavini

Mikayıl Cabbarov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin

müavini

Gülməmməd Cavadov - Azərbaycan Respublikası sənaye və energetika

nazirinin müavini

Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

Bəhram Əliyev - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin

müavini

Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət və turizm

nazirinin müavini

Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə və informasiya

texnologiyaları nazirinin müavini

Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

sədrinin birinci müavini

Vadim Xubanov - Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti

sədrinin müavini

Sabir Ağabəyov - Azərbaycan Respublikasının Mərakeş Krallığındakı

Fövqəladə və Səlahiyyətli Səfiri

2. Bu Sərəncamın 1-ci bəndində göstərilən Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə tapşırılsın ki, Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin tənzimlənməsi və daha da genişləndirilməsi istiqamətində müvafiq tədbirləri həyata keçirsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 sentyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin