Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLIKASI ILƏ BELARUS RESPUBLIKASI ARASINDA TICARƏT-IQTISADI ƏMƏKDAŞLIQ ÜZRƏ BIRGƏ HÖKUMƏTLƏRARASI KOMISSIYANIN AZƏRBAYCAN RESPUBLIKASI TƏRƏFINDƏN TƏRKIBI HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI

1. Azərbaycan Respubilkası ilə Belarus Respublikası arasında bağlanmış müqavilələrin, sazişlərin və digər sənədlərin səmərəli həyata keçirilməsini və iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət- iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin: Komissiyanın sədri: Eyyubov Yaqub - Azərbaycan Respublikasının baş nazirinin birinci müavini Komissiyanın üzvləri: İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Asif Əsgərov - Azərbaycan Respublikasının gənclər, idman və turizm nazirinin müavini Xələf Xələfov - Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Tələt Əliyev - Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri Cahan Məmmədov - Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Sabir Ələkbərov - Azərbaycan Respublikasının Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi sədrinin birinci müavini Kamal İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin regionlararası iqtisadi əlaqələr şöbəsi müdirinin vəzifəsini icra edən Ceyhun Ağakişiyev - Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin MDB Ölkələri ilə Əməkdaşlıq İdarəsinin rəisi (komissiyanın katibi) 2. Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir. Heydər ƏLİYEV, Azərbaycan Respublikasının prezidenti. Bakı şəhəri, 23 iyun 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin