Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI İLƏ BEYNƏLXALQ İNKİŞAF ASSOSİASİYASI ARASINDA “İNKİŞAF ÜÇÜN KREDİT HAQQINDA SAZİŞ”İN (İNSTİTUSİONAL QURUCULUĞA İKİNCİ TEXNİKİ YARDIM KREDİTİ) TƏSDİQ EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2002-ci il oktyabrın 17-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında “İnkişaf üçün kredit haqqında Saziş” (İnstitusional Quruculuğa İkinci Texniki Yardım Krediti) təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Hesablama Palatasına, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsünlər.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Beynəlxalq İnkişaf Assosiasiyasını xəbərdar etsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin