Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI İLƏ BOLQARISTAN RESPUBLİKASI ARASINDA 2005-Cİ İL SENTYABRIN 23-DƏ SOFİYA ŞƏHƏRİNDƏ İMZALANMIŞ SƏNƏDLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında 2005-ci il sentyabrın 23-də Sofiya şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Bolqarıstan Respublikası Milli Gömrük Agentliyi arasında gömrük əməkdaşlığının dərinləşdirilməsi, o cümlədən kadrların peşəkar hazırlığı və ixtisaslarının artırılması sahəsində Qarşılıqlı Anlaşma Protokolu;

1.2. Azərbaycan Respublikasının və Bolqarıstan Respublikasının aviasiya hakimiyyət orqanları arasında gələcək əməkdaşlıq haqqında Protokol;

1.3. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Bolqarıstan Milli Televiziyası arasında əməkdaşlıq haqqında Saziş.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.3-cü bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin