Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI
«AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏRİN VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ

«Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və digər müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının iştirakı ilə qiymətli kağızlar bazarı vasitəsilə ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsinin stimullaşıdırlması tədbirləri ilə bağlı təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1078-28.5-ci və 1078-401.14-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 98.13-cü, 104.1-ci, 107.2.4-cü (birinci və ikinci halda), 997.6-cı, 997.9-cu, 1048-2.2-ci, 1048-2.4-cü, 1049.9-cu, 1077.7-ci, 1078-1.2-ci, 1078-2.9-cu, 1078-3.5-ci, 1078-5.3-cü, 1078-6.4-cü, 1078-6.7-ci, 1078-9.2-ci, 1078-10-cu, 1078-11.1-ci, 1078-11.2-ci, 1078-11.4-cü, 1078-11.7-ci, 1078-13.3-cü, 1078-14.1-ci, 1078-15.4-cü, 1078-15.12-ci, 1078-15.13-cü, 1078-16.1-ci, 1078-16.2-ci, 1078-16.3-cü, 1078-16.4-cü, 1078-16.5-ci, 1078-17.1-ci, 1078-17.3-cü, 1078-17.4-cü, 1078-18.1-ci, 1078-18.2-ci, 1078-19-cu, 1078-20.4-cü, 1078-20.5-ci 1078-20.6-cı, 1078-21.9-cu 1078-23.3-cü, 1078-23.5-ci, 1078-24-cü, 1078-26.5-ci, 1078-26.6-cı, 1078-27.1.2-ci, 1078-27.2-ci, 1078-27.3-cü, 1078-27.6-cı, 1078-28.3-cü, 1078-28.4-cü, 1078-29.8, 1078-30.3, 1078-31.5-ci, 1078-32.3-cü, 1078-33.2-ci, 1078-33.7-ci, 1078-34.4-cü, 1078-35.3-cü, 1078-35.4-cü, 1078-36.2-ci, 1078-36.4.2-ci, 1078-37.2-ci, 1078-39.1-ci, 1078-40.2-ci, 1078-41.2.5-ci, 1078-42.2-ci, 1078-43.1-ci, 1078-43.2-ci, 1078-43.4-cü 1078-43.5-ci, 1078-47.3-cü, 1078-47.4-cü, 1078-47.5-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir;

2.3. həmin Qanunun 992-1.3-cü, 997-1.1-ci və 1078-9.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi öz səlahiyyətləri çərçivəsində həyata keçirirlər.

2.4. Qiymətli kağızlar bazarına aid olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi üçün «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək verilmiş xüsusi razılıqlar (lisenziyalar) onlarda göstərilmiş qüvvədə olma müddətləri bitənədək etibarlıdırlar.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar zəruri olan tədbirlər görsün.

4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, «29» mart 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin