Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI
"ƏHALİNİN EKOLOJİ TƏHSİLİ VƏ MAARİFLƏNDİRİLMƏSİ HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASİNİN BƏZİ QANUNVERİCİLİK AKTLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN İCRASININ TƏMİN EDİLMƏSİ HAQQINDA

"Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, III kitab, maddə 612; 2001-ci il, №7, maddə 462, №12, maddə 755; 2002-ci il, №1, maddə 49, №5, maddələr 260, 275, №8, maddələr 478, 484, 486; 2003-cü il, №6, maddə 299, №8, maddə 434, №9, maddə 478, №10, maddələr 546, 547, 560, 571, 582; Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 yanvar tarixli 12 nömrəli, 29 yanvar tarixli 20 nömrəli, 12 fevral tarixli 30 nömrəli və 3 mart tarixli 37 nömrəli fərmanları) 3-cü bəndinin səkkizinci abzasında "76-84-cü" rəqəmləri "76-84-1-ci" rəqəmləri ilə əvəz edilsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, "23" aprel 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin