Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI
"AZƏRBAYCAN RESPUBLIKASI FƏXRI ADININ VƏSIQƏSI NÜMUNƏSININ VƏ AZƏRBAYCANRESPUBLIKASI FƏXRI ADLARININ DÖŞ NIŞANLARI TƏSVIRININ VƏ EKSIZLƏRININ TƏSDIQ EDILMƏSI BARƏDƏ" AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ 2003-CÜ IL 9 IYUN TARIXLI 879 NÖMRƏLI FƏRMANINA ƏLAVƏLƏR EDILMƏSI HAQQINDA

1. "Azərbaycan Respublikası fəxri adının vəsiqəsi nümunəsinin və Azərbaycan Respublikası fəxri adlarının döş nişanları təsvirinin və eksizlərinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 9 iyun tarixli 879 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №6, maddə 285) aşağıdakı əlavələr edilsin:

- 3-cü bəndə aşağıdakı məzmunda on dördüncü abzas əlavə edilsin:

"Əməkdar dövlət qulluqçusu" fəxri adının döş nişanı və vəsiqəsi - 500 ədəd."

- həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası fəxri adlarının döş nişanlarının təsviri"nin ikinci abzasında və Azərbaycan Respublikasının fəxri adlarının döş nişanları eskizlərinin üçüncü sütununda "Əməkdar memar" sözlərindən sonra "Əməkdar dövlət qulluqçusu" sözləri əlavə edilsin.

2. Bu Fərman dərc olunduğu gündən güvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 mart 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin