Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNSƏRƏNCAMI
«MƏHKƏMƏLƏR VƏ HAKIMLƏR HAQQINDA» AZƏRBAYCAN RESPUBLIKASININ QANUNUNA ƏLAVƏLƏR VƏ DƏYIŞIKLIKLƏR EDILMƏSI HAQQINDA» AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQI ILƏ ƏLAQƏDAR «VƏTƏNDAŞLARIN PENSIYA TƏMINATI HAQQINDA» AZƏRBAYCAN RESPUBLIKASININ QANUNUNA DƏYIŞIKLIK EDILMƏSI BARƏDƏ» AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQ EDILMƏSI HAQQINDA

«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, «3» mart 2004-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin