Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNSƏRƏNCAMI
"AZƏRBAYCAN RESPUBLIKASININ ƏDLIYYƏ NAZIRLIYI VƏ FRANSA RESPUBLIKASININ ƏDLIYYƏ NAZIRLIYI ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA SAZIŞ"INTƏSDIQ EDILMƏSI BARƏDƏ

1. 2004-cü il yanvarın 22-də Paris şəhərində imzalanmış "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Fransa Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Fransa Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, «3» mart 2004-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin