Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2003-CÜ İL 18 SENTYABR TARİXLİ FƏRMANI İLƏ TƏSDİQ EDİLMİŞ “ÖZƏLLƏŞDİRİLMƏSİ QADAĞAN OLUNAN DÖVLƏT ƏMLAKININ, HABELƏ ÖZƏLLƏŞDİRİLMƏSİ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN VƏ AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN QƏRARLARI İLƏ HƏYATA KEÇİRİLƏN MÜƏSSİSƏ VƏ OBYEKTLƏRİN ƏMLAKININ SİYAHIYA ALINMASI QAYDALARI”NA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

I. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 sentyabr tarixli 919 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının, habelə özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin qərarları ilə həyata keçirilən müəssisə və obyektlərin əmlakının siyahıya alınması Qaydaları”nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, N 9, maddə 470) 1-ci bəndində “vergi borclarını və faizləri (bundan sonra – vergi borcları)” sözləri “vergi borclarını, vergi borcu üzrə hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını (bundan sonra – vergi borcları)” sözləri ilə və 5-ci bəndində “iki ay” sözləri “15 gün” sözləri ilə əvəz edilsin.

II. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 noyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin