Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2003-CÜ İL 4 AVQUST TARİXLİ 911 NÖMRƏLİ FƏRMANI İLƏ TƏSDİQ EDİLMİŞ “İNZİBATİ VƏ YARDIMÇI VƏZİFƏLƏRİN TƏSNİFAT TOPLUSU”NA VƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZIDENTİNİN 2003-CÜ İL 23 OKTYABR TARİXLİ 1373 NÖMRƏLİ SƏRƏNCAMI İLƏ TƏSDİQ EDİLMİŞ “AZƏRBAYCAN HAVA YOLLARI” DÖVLƏT KONSERNİNİN “HEYDƏR ƏLİYEV” BEYNƏLXALQ AEROPORTUNDA, GƏNCƏ, NAXÇIVAN BEYNƏLXALQ HAVA LİMANLARINDA VƏ YEVLAX HAVA LİMANINDA RƏSMİ NÜMAYƏNDƏ HEYƏTLƏRİ (VİP) SALONUNUN XİDMƏTLƏRİNDƏN İSTİFADƏ HÜQUQU OLAN VƏZİFƏLİ ŞƏXSLƏRİN SİYAHISI”NA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli 458-IIIQD nömrəli Qanununun, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 536-IIIQD nömrəli Qanununun və «Hesablama Palatası haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 573-IIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №8, maddə 440; 2006-cı il, №3, maddə 229, №6, maddə 498; 2007-ci il, №2, maddələr 86, 101, №3, maddələr 217, 227, №7, maddə 714, №9, maddə 867, №10, maddə 948; №12, maddə 1242; 2008-ci il, №1, maddə 9) ilə təsdiq edilmiş «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu»na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1.1. 1.9-cu bəndin doqquzuncu abzasında «Azərbaycan Respublikası Milli Məclisinin sədrinin köməkçisi» sözlərindən sonra «, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin köməkçisi» sözləri əlavə edilsin;

1.2. 2.1.1-ci və 3.2.1-ci bəndlərin üçüncü abzaslarında «Azərbaycan Respublikası Milli Məclisinin Aparatının rəhbəri» sözlərindən sonra «, Azərbaycan Respublikası Hesablama Palatasının Aparatının rəhbəri» sözləri əlavə edilsin;

1.3. 2.1.2-ci və 3.2.2-ci bəndlərin üçüncü abzaslarında «Azərbaycan Respublikası Milli Məclisinin Aparatının təminedici şöbəsinin müdiri» sözlərindən sonra «, Azərbaycan Respublikası Hesablama Palatasının Aparatının təminedici şöbəsinin müdiri» sözləri əlavə edilsin;

1.4. 2.1.3-cü və 3.2.3-cü bəndlərin üçüncü abzaslarında «Azərbaycan Respublikası Milli Məclisinin Aparatının təminedici şöbəsinin müdir müavini» sözlərindən sonra «, Azərbaycan Respublikası Hesablama Palatasının Aparatının təminedici şöbəsinin müdir müavini» sözləri, «Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçisi» sözlərindən sonra «, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin köməkçisi» sözləri əlavə edilsin.

1.5. 2.1.4-cü bəndin üçüncü abzasında «işlər müdirinin köməkçisi» sözlərindən sonra «, Azərbaycan Respublikasının Hesablama Palatasının Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi» sözləri, on ikinci abzasında «Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsinin Aparatının rəhbəri və rəhbərin müavini» sözlərindən sonra «, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri və rəhbərin müavini» sözləri, on üçüncü abzasında «Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanları Aparatının» sözlərindən sonra «, Milli Televiziya və Radio Şurası Aparatının, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatının» sözləri əlavə edilsin, on ikinci abzasından «, Azərbaycan Respublikası Hesablama Palatasının Aparatının rəhbəri və rəhbərin müavini» sözləri çıxarılsın;

1.6. 2.1.5-ci və 3.2.5-ci  bəndlərin yeddinci abzasından «, Azərbaycan Respublikası Hesablama Palatasının Aparatının (təminedici və yardımçı) şöbəsinin müdiri və müdir müavini» sözləri çıxarılsın;

1.7. 2.1.5-ci bəndin yeddinci abzasında «İqtisad Məhkəməsinin Aparatının (təminedici və yardımçı) şöbəsinin müdiri və müdir müavini» sözlərindən sonra «, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının (təminedici və yardımçı) şöbəsinin müdiri və müdir müavini» sözləri, səkkizinci abzasında «Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının aparatında» sözlərindən sonra «, Milli Televiziya və Radio Şurası Aparatında, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatında» sözləri, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin” sözlərindən sonra “, Milli Televiziya və Radio Şurası sədrinin” sözləri, doqquzuncu abzasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional məzkəzlərinin” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası Aparatının” sözləri əlavə edilsin;

1.8. 2.1.6-cı və 3.2.6-cı bəndlərin üçüncü abzaslarından «Azərbaycan Respublikası Hesablama Palatasının Aparatının sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi,» sözləri çıxarılsın;

1.9. 2.1.6-cı bəndin üçüncü abzasında «İqtisad Məhkəməsinin Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi» sözlərindən sonra «, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının sektor müdiri, baş mühasibi, baş məsləhətçisi, böyük məsləhətçisi, aparıcı məsləhətçisi, məsləhətçisi» sözləri, beşinci abzasında «Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında» sözlərindən sonra «, Milli Televiziya və Radio Şurası Aparatında, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatında» sözləri, altıncı abzasında “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun aparatlarında” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatında” sözləri əlavə edilsin;

1.10. 2.1.7-ci bəndin ikinci abzasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərində” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatında” sözləri əlavə edilsin;

1.11. 2.3.1-ci və 3.4.1-ci bəndlərin üçüncü abzaslarında «Azərbaycan Respublikası Milli Məclisinin Aparatında» sözlərindən sonra «, Azərbaycan Respublikası Hesablama Palatasının Aparatında» sözləri əlavə edilsin;

1.12. 2.3.4-cü və 3.4.4-cü bəndlərin ikinci abzaslarından «Azərbaycan Respublikası Hesablama Palatasının Aparatında texniki vəzifələr tutan baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis-inspektor, kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər,» sözləri çıxarılsın;

1.13. 2.3.4-cü bəndin ikinci abzasında «Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsinin» sözlərindən sonra «, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın)» sözləri əlavə edilsin;

1.14. 2.3.5-ci bəndin ikinci abzasında «Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının» sözlərindən sonra «, Milli Televiziya və Radio Şurasının, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının» sözləri, üçüncü abzasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərində” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatında” sözləri əlavə edilsin, «habelə» sözü çıxarılsın;

1.15. 3.2.4-cü bəndin üçüncü abzasında «İşlər müdirinin köməkçisi» sözlərindən sonra «, Azərbaycan Respublikası Hesablama Palatasının Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi» sözləri, on birinci abzasında «İqtisad Məhkəməsinin Aparatının rəhbəri və rəhbərin müavini» sözlərindən sonra «, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri və rəhbərin müavini» sözləri, on üçüncü abzasında «Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanları Aparatının» sözlərindən sonra «, Milli Televiziya və Radio Şurası Aparatının, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Aparatının» sözləri əlavə edilsin, on birinci abzasından «, Azərbaycan Respublikası Hesablama Palatasının Aparatının rəhbəri və rəhbərin müavini» sözləri çıxarılsın.

1.16. 3.2.5-ci bəndin yeddinci abzasında «İqtisad Məhkəməsinin Aparatının (təminedici və yardımçı) şöbəsinin müdiri və müdir müavini» sözlərindən sonra «, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının (təminedici və yardımçı) şöbəsinin müdiri və müdir müavini» sözləri, səkkizinci abzasında «Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının aparatında» sözlərindən sonra «, Milli Televiziya və Radio Şurası Aparatında, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatında» sözləri, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin” sözlərindən sonra “, Milli Televiziya və Radio Şurası sədrinin” sözləri, doqquzuncu abzasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərinin” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası Aparatının” sözləri əlavə edilsin;

1.17. 3.2.6-cı bəndin üçüncü abzasında «İqtisad Məhkəməsinin Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi» sözlərindən sonra «, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi» sözləri, beşinci abzasında «Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında» sözlərindən sonra «, Milli Televiziya və Radio Şurası Aparatında, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatında» sözləri, altıncı abzasında “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun aparatlarında” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatında” sözləri əlavə edilsin;

1.18. 3.2.7-ci bəndin ikinci abzasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərində” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatında” sözləri əlavə edilsin;

1.19. 3.4.4-cü bəndin ikinci abzasında «İqtisad Məhkəməsinin Aparatında texniki vəzifələr tutan baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis-inspektor, kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər» sözlərindən sonra «, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında texniki vəzifələr tutan baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis-inspektor, kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər,» sözləri əlavə edilsin;

1.20. 3.4.5-ci bəndin ikinci abzasında «Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının» sözlərindən sonra «, Milli Televiziya və Radio Şurasının, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının» sözləri, üçüncü abzasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərində” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatında” sözləri əlavə edilsin, «habelə» sözü çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1373 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №10, maddə 612; 2007-ci il, №10, maddə 996) ilə təsdiq edilmiş «Azərbaycan Hava Yolları» Dövlət Konserninin «Heydər Əliyev» Beynəlxalq Aeroportunda, Gəncə, Naxçıvan beynəlxalq hava limanlarında və Yevlax hava limanında Rəsmi nümayəndə heyətləri (VİP) salonunun xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı əlavə və dəyişikliklər edilsin:

2.1. Aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin və dördüncü- iyirmi ikinci abzaslar müvafiq olaraq beşinci-iyirmi üçüncü abzaslar hesab edilsin:

“Azərbaycan Respublikası Hesablama Palatasının sədri, Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini, Azərbaycan Respublikası Hesablama Palatasının auditorları.”.

2.2. doqquzuncu abzasdan “Azərbaycan Respublikasının Hesablama Palatasının sədri,” sözləri çıxarılsın.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin