Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ BƏZI FƏRMANLARINA DƏYIŞIKLIKLƏR EDILMƏSI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI

1. "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş bayrağı haqqında Əsasnamənin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağının təsvirinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 mart tarixli 677 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı haqqında Əsasnamə"nin 2-ci bəndində və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 yanvar tarixli 14 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti - Sərhəd Qoşunlarının və hərbi hissələrinin Döyüş Bayrağı haqqında" Əsasnamənin 2-ci bəndində "Fərmana" sözü "təqdimata" sözü ilə əvəz edilsin.

2. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 12 aprel, 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin