Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA VƏ 2005-Cİ İL 1 İYUN TARİXLİ 835 NÖMRƏLİ SƏRƏNCAMINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 20 oktyabr tarixli 168-IIIQD nömrəli Qanununun icrası məqsədi ilə qərara alıram:

1. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 8, maddə 511; 2002-ci il, № 8, maddə 487; 2007-ci il, № 5, maddə 459) 2-ci bəndinin ikinci abzasından “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Övladlığa Götürmə Məsələləri Komissiyası,” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 6, maddə 345, № 9, maddə 542; 2001-ci il, № 7, maddə 456, № 9, maddə 593, № 10, maddə 640; 2002-ci il, № 7, maddə 412, № 8, maddə 480; 2003-cü il, № 6, maddə 290, № 10, maddə 585; 2004-cü il, № 1, maddə 19, № 7, maddə 537; 2005-ci il, № 2, maddə 69, № 7, maddə 597; 2006-cı il, № 2, maddə 84, № 9, maddələr 734, 743, № 11, maddə 940, № 12, maddə 1049; 2007-ci il, № 2, maddə 97) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 34-cü maddəsinin 4-cü bəndində “övladlığa götürmək” sözləri “öz səlahiyyətləri daxilində övladlığa götürmə” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3, I kitab, maddə 164; 2002-ci il, № 7, maddə 412, № 8, maddə 478, № 12, maddə 716; 2003-cü il, № 6, maddə 290; 2004-cü il, № 7, maddə 526; 2006-cı il, № 12, maddə 1034; 2007-ci il, № 3, maddə 226) 2-ci bəndinin dördüncü abzasında “17.1-17.4” rəqəmləri “17.1, 17.2, 17.4” rəqəmləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 323, № 12, maddə 1034) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.41-ci bəndi çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 670; 2007-ci il, № 3, maddə 233, № 5, maddə 455; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 avqust tarixli 620 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

5.1. Əsasnaməyə aşağıdakı məzmunda 8.13-cü və 8.14-cü bəndlər əlavə edilsin:

“8.13. valideyn himayəsindən məhrum olan uşaqların, övladlığa götürülən uşaqların ümumi uçotunu, habelə Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunu aparmaq;

8.14. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə razılıq vermək, ölkələrarası övladlığa götürmə məsələləri üzrə zəruri tədbirləri həyata keçirmək;”;

5.2. 8.13-8.22-ci bəndlər müvafiq olaraq 8.15-8.24-cü bəndlər hesab edilsin;

5.3. Əsasnaməyə aşağıdakı məzmunda 9.8-ci bənd əlavə edilsin:

“9.8. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanı müəyyən etmək;”;

5.4. 9.8-9.22-ci bəndlər müvafiq olaraq 9.9-9.23-cü bəndlər hesab edilsin.

6. “Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 52 nömrəli və 2004-cü il 17 sentyabr tarixli 394 nömrəli sərəncamlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 835 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 494) adında “1998-ci il 29 dekabr tarixli 52 nömrəli və 2004-cü il 17 sentyabr tarixli 394 nömrəli sərəncamlarında” sözləri “2004-cü il 17 sentyabr tarixli 394 nömrəli Sərəncamında” sözləri ilə əvəz edilsin və 1-ci bənd çıxarılsın.

7. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin