Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA VƏ SƏRƏNCAMLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI

1. “Azərbaycan Respublikasının fəxri adları haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli 706 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 1998-ci il, №5, maddə 312; 2000-ci il, №4, II kitab, maddə 268; 2005-ci il, №3, maddə 165, №7, maddələr 595, 603) aşağıdakı dəyişiklik və əlavə edilsin:

1.1. 1-ci bəndin birinci abzasında “jurnalistika və mühəndislik” sözləri “jurnalistika, mühəndislik, habelə dövlət qulluğu və hüquq” sözləri ilə əvəz edilsin;

1.2. 1-ci bəndin on üçüncü abzasında “əməkdar memar” sözlərindən sonra “əməkdar dövlət qulluqçusu” sözləri və on yeddinci abzasda “əməkdar mühəndis” sözlərindən sonra “əməkdar hüquqşünas” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, “əməkdar hüquqşünas” fəxri adının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikası fəxri adının vəsiqəsi nümunəsinin və Azərbaycan Respublikası fəxri adlarının döş nişanları təsvirinin və eskizlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 9 iyun tarixli 879 nömrəli Fərmanına müvafiq əlavənin edilməsi barədə və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”də müvafiq dəyişikliyin edilməsi barədə bir ay müddətində təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №7, maddə 609) aşağıdakı dəyişiklik və əlavə edilsin:

3.1. 1-ci bənddə “və əməkdar dövlət qulluqçusu” sözləri “əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis və əməkdar hüquqşünas” sözləri ilə əvəz edilsin;

3.2. 1-ci bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Bu bəndin birinci abzasında müəyyən edilmiş fəxri adlara görə aylıq təqaüdlərin məbləğləri “Azərbaycan Respublikasının fəxri adları haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli 706 nömrəli Fərmanının 2-ci bəndinə müvafiq olaraq həmin Fərman imzalandığı günə qədər verilmiş və Azərbaycan Respublikasının fəxri adları hesab edilmiş fəxri adlar barəsində də tətbiq edilir.”.

4. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində işləyən diplomatik xidmət əməkdaşlarının vəzifələri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli 1066 nömrəli Sərəncamına aşağıdakı əlavə və dəyişiklik edilsin:

4.1. aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilsin:

“1.8. müşavir;”;

4.2. 1.8-1.14-cü bəndlər müvafiq olaraq 1.9-1.15-ci bəndlər hesab edilsin.

5. “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 31 oktyabr tarixli 307 nömrəli Fərmanının 12-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“12. İdarənin fəaliyyətinə rəhbərliyi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təqdimatı ilə Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən idarənin rəhbəri həyata keçirir.”.

6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 noyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin