Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 581 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 423; 2001-ci il, № 10, maddə 640; 2006-cı il, № 7, maddə 590) ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlərinin və ixtisaslaşdırılmış çek investisiya fondlarının səhmdarlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”nin 5-ci bölməsinin 5.6-cı bəndinin ikinci abzasından “Prezidenti yanında” sözləri çıxarılsın.

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 26 iyul tarixli 161 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 423; 2003-cü il, № 10, maddə 585; 2004-cü il, № 8, maddə 617, № 9, maddə 678; 2005-ci il, № 10, maddə 910; 2008-ci il, № 9, maddə 798, № 11, maddə 970; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adından, preambuladan, 2-ci bənddən, 3-cü bəndin ikinci abzasından, 16-cı və 17-ci bəndlərdən “Prezidenti yanında” sözləri çıxarılsın;

2.2. 6-cı və 7-ci bəndlər çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin