Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ SƏRƏNCAMLARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ VƏ "SUMQAYITELEKTRİKŞƏBƏKƏ" AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN VƏ "ŞƏKİ REGİONAL ENERJİ TƏCHİZATI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN İDARƏETMƏYƏ VERİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2007-Cİ İL 7 SENTYABR TARİXLİ 2381 NÖMRƏLİ SƏRƏNCAMININ QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. “Rayon və şəhər paylayıcı elektrik şəbəkələrinin fəaliyyətinin təkmilləşdirilməsi və idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 31 mart tarixli 676 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №3, maddə 206, №10, maddə 640; 2006-cı il, №5, maddə 414; 2008-ci il, №8, maddələr 715, 733) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci bənddən “müvafiq olaraq “Sumqayıtelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin və” sözləri çıxarılsın;

1.2. 4-cü bəndin ikinci və üçüncü abzaslarından “Sumqayıtelektrikşəbəkə”," sözləri və dördüncü abzası çıxarılsın.

2. “Sumqayıtelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin yaradılması və idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 1 iyul tarixli 459 nömrəli Sərəncamının (2000-ci il, №7, maddə 521) 3-cü və 4-cü bəndləri, “Sumqayıtelektrikşəbəkə” Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair müqavilələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 avqust tarixli 1030 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №8, maddə 529) 2-ci, 3-cü və 5-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.

3. “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” Səhmdar Cəmiyyətlərinin fəaliyyətlərinin səmərəliliyinin artırılmasının təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 avqust tarixli 1597 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №8, maddə 696) adında və 1.1-ci bəndində “və Sumqayıtelektrikşəbəkə” Səhmdar Cəmiyyətlərinin fəaliyyətlərinin” sözləri “Səhmdar Cəmiyyətinin fəaliyyətinin” sözləri ilə, 1.2-ci bəndində “və Sumqayıtelektrikşəbəkə” Səhmdar Cəmiyyətlərinin yeni nizamnamələrini” sözləri “Səhmdar Cəmiyyətinin yeni nizamnaməsini” sözləri ilə, 1.3-cü bəndində “və Sumqayıtelektrikşəbəkə” Səhmdar Cəmiyyətlərinin idarə heyətlərinin və müşahidə şuralarının sədrlərini və üzvlərini” sözləri “Səhmdar Cəmiyyətinin idarə heyətinin və müşahidə şurasının sədrini və üzvlərini” sözləri ilə, 1.4-cü bəndində “və Sumqayıtelektrikşəbəkə” Səhmdar Cəmiyyətlərinin” sözləri “Səhmdar Cəmiyyətinin” sözləri ilə, 2.1-ci bəndində “və Sumqayıtelektrikşəbəkə” Səhmdar Cəmiyyətlərinin” sözləri “Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilsin.

4. "Sumqayıtelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin və "Şəki Regional Enerji Təchizatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 7 sentyabr tarixli 2381 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №9, maddə 884) qüvvədən düşmüş hesab edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

5.1. qüvvədə olan normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 oktyabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin