Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə dəyişiklikləredilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90.3.17-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Rsepublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

1.2. Həmin Məcəllənin 102.1.14.8-ci maddəsində nəzərdə tutulmuş "muvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;

1.3. həmin Məcəllənin 102.1.14.12-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti öz səlahiyyətləri daxilində həyata keçirirlər.

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri 27 sentyabr 2004-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin