Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
AZƏRBAYCAN RЕSPUBLİKASININ BAŞ PRОKURОRU YANINDA KОRRUPSİYAYA QARŞI MÜBARİZƏ İDARƏSİNİN ƏSASNAMƏSİNİN VƏ PROKURORLUQ İŞÇİLƏRİNİN ÜMUMİ SAY TƏRKİBİNİN TƏSDİQ EDİLMƏSİ HAQQINDA

Azərbaycan Rеspublikasının Baş prоkurоru yanında Kоrrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təmin edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Rеspublikasının Baş prоkurоru yanında Kоrrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi və prokurorluq işçilərinin ümumi say tərkibi təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

2.1. normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Rеspublikasının Baş prоkurоru yanında Kоrrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təşkili üçün müvafiq bina və maddi-texniki təminat ilə bağlı məsələləri həll etsin;

2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, “28” oktyabr 2004-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin