Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"HEYVANLAR ALƏMI HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUNICRASININ TƏMIN EDILMƏSI BARƏDƏ ƏLAVƏ TƏDBIRLƏR HAQQINDA

"Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun

icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında

"Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

- Həmin Qanunun 18-ci maddəsinin 3-cü, 33-cü maddəsinin 5 və 7-ci hissələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirir.

- Həmin Qanunun 35-ci maddəsinin 1-ci və 36-cı maddəsinin 3-cü hissələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

- Həmin Qanunun 38-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırmaqla öz səlahiyyətləri daxilində həyata keçirir;

- Həmin Qanunun 33-cü maddəsinin 4-cü və 39-cu maddəsinin 2-ci hissələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

2. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 oktyabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin