Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI VƏ TACİKİSTAN RESPUBLİKASI ARASINDA 2007-Cİ İL AVQUSTUN 13-DƏ BAKI ŞƏHƏRİNDƏ İMZALANMIŞ SƏNƏDLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında 2007-ci il avqustun 13-də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında rabitə və informasiyalaşdırma sahəsində əməkdaşlıq haqqında Saziş;

1.2. Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında elm, texnika və texnologiya sahəsində əməkdaşlıq haqqında Saziş;

1.3. Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş;

1.4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Tacikistan Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş;

1.5. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Tacikistan Respublikasının Dövlət Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Saziş.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.5-ci bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.5-ci bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tacikistan Respublikası tərəfini xəbərdar etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 sentyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin