SİYASƏT
AZƏRBAYCAN SƏFİRİ NAZİRLƏRLƏ GÖRÜŞMÜŞDÜR
Görüş əsnasında iqtisadiyyat və planlaşdırma naziri Krallığın iqtisadi durumu və inkişaf perspektivləri, ölkənin neft strategiyası barədə müfəssəl məlumat vermiş, dünya neft bazarında qiymətlərin yüksəlməsinin ölkə iqtisadiyyatına müsbət təsirini vurğulamış, iqtisadi islahatlar, özəlləşdirmə məsələlərinə toxunmuşdur.
Səfir E.Araslı Azərbaycan rəhbərliyinin Səudiyyə Ərəbistanı ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini bildirmiş, bununla əlaqədar hökumətlərarası müştərək komissiyasının fəaliyyətinə toxunmuş, respublikamızın elmi-texniki potensialı ilə yanaşı, son zamanlar yüksələn xəttlə inkişaf edən iqtisadiyyatı barədə ətraflı məlumat vermişdir.
Ədliyyə naziri ilə keçirilən görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ədliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları və perspektivləri müzakirə edilmiş, iki ölkə nazirlərinin qarşılıqlı səfərləri barədə razılıq əldə olunmuşdur. Azərbaycan diplomatı nazirliklər arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq, bir müddət əvvəl müvafiq saziş layihələrinin Səudiyyə Ərəbistanı tərəfinə təqdim edildiyini xatırlatmış və onların imzalanmasının ölkələrimiz arasındakı əlaqələrin inkişafına təkan verəcəyinə əmin olduğunu bildirmişdir.
Səudiyyənin ədliyyə naziri Azərbaycan tərəfindən təqdim olunmuş saziş layihələrinin prosedur qaydalara əsasən müzakirə edildikdən sonra imzalanacağına əminliyini vurğulamışdır.