SİYASƏT
AZƏRBAYCAN SƏFİRİ “VAŞİNQTON POST” QƏZETİNƏETİRAZINI BİLDİRMİŞDİR
«Vaşinqton Post»a həmçinin xatırladılır ki, Azərbaycanın Əfqanıstan və İraqda ABŞ-a dəstəyi yalnız hava məkanından istifadəyə icazə verilməsi ilə bitmir. Azərbaycanın əsgər və zabitləri Amerika hərbçiləri ilə çiyin-çiyinədirlər.
Səfir Paşayev daha sonra yazır ki, neft və demokratiya, geostrategiya və insan haqları anlayışları arasında ziddiyyət axtarmaq «Vaşinqton Post» üçün səciyyəvi olsa da, bu amillər uzlaşa bilər. Bu baxımdan Azərbaycan nümunə olmağa çalışır.
Qəzetin qərəzli yanaşmasına daha bir etiraz Dövlət Departamenti mətbuat katibinin müavini Adam Erelinin «Vaşinqton Post»a ünvanladığı məktubda bildirilir. Adam Ereli hesab edir ki, qəzet yazısında ABŞ-ın Azərbaycan siyasətinə dair bir neçə mühüm faktı nəzərə almamışdır. ABŞ Azərbaycan hakimiyyətini xalqın iradəsini əks etdirən azad və ədalətli prezident seçkilərini təmin etməyə çağırmışdır. Dövlət Katibinin birinci müavini Riçard Armitac Baş nazir İlham Əliyevlə telefon söhbətində onunla və hökuməti ilə yaxından işləyəcəyini demişdir. Bununla belə, söhbətin əksər hissəsi seçkilərdən sonra hökumətin təmkinli olmasının vacibliyinə, kimliyindən asılı olmayaraq, cinayət törədən istər polis, istərsə də müxalifət nümayəndələrinin məsuliyyətə cəlb edilməsinə həsr olunmuşdur.