İDMAN
“AZƏRREYL” TÜRKİYƏ ÇEMPİONUNUN QONAĞI OLACAQDIR
Görüşün hakimləri Frank Lethabuer (Almaniya), Savas Ordandis (Yunanıstan), komissarı isə Françesko Dalodur (İtaliya). “B” qrupunda təmsil olunan “Pallavolo Sirio”nun (İtaliya) 17, “Azərreyl”in 15, “Vakifbank”ın 14 xalı var. Bu turun oyunlarından asılı olmayaraq, ilk iki yerdəki komanda play-off mərhələsinə vəsiqə qazanmışdır.
“A” qrupunda isə Fransanın “Kann” və İtaliyanın “Foppapedreti” komandaları hərəyə 17 xalla 1-2-ci yerləri tutmaqla, növbəti mərhələdə oynamaq hüququ əldə etmişlər. “A” və “B” qruplarından növbəti mərhələyə çıxacaq üçüncü komanda isə sonuncu turda məlum olacaqdır. “A” qrupunda Rusiyanın “Uraloçka”, “B” qrupunda isə Türkiyənin “Vakifbank” komandalarının şansı daha çoxdur. Play-off görüşləri fevralda, final oyunu isə martda keçiriləcəkdir.
“Azərreyl” komandası sonuncu qrup oyununa hazırlıq məqsədi ilə İstanbulda təlim-məşq toplanışındadır. Xatırladaq ki, 2005-ci il oktyabrın 18-də Bakı İdman Sarayında keçirilmiş “Azərreyl”–“Vakifbank” görüşü 3:2 hesabı ilə Türkiyə voleybolçularının xeyrinə başa çatmışdı.