Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRTAC: Azərbaycanın 98 illik tarixinin günbəgün yazılan salnaməsi VİDEO

Martın 1-i Azərbaycanın ilk milli xəbər agentliyinin - AZƏRTAC-ın yarandığı gündür

Bakı, 1 mart, AZƏRTAC

Yüz illiyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyətinin yadigarlarından biri də ilk milli xəbər agentliyi - Azərbaycan Dövlət İnformasiya Agentliyidir (AZƏRTAC). Bu gün 98 yaşı tamam olan AZƏRTAC mürəkkəb və çətin, eyni zamanda, şərəfli bir yol keçib.
Agentlik fəaliyyətə başladıqdan cəmi 58 gün sonra Cümhuriyyət süquta uğradı, dövlət müstəqilliyimizi itirdik. İmperiya öz qanunlarını diktə etməyə başladı. Milli xəbər agentliyinin fəaliyyəti məhdudlaşdırıldı və onu sovet ideologiyasının ruporuna çevirdilər. Azadlıq günəşi təxminən 70 il sonra yenidən doğdu. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə AZƏRTAC da əzəli missiyasını - milli xəbər agentliyi funksiyasını yerinə yetirməyə başladı.

AZƏRTAC-ın ən yeni tarixinin uğur səhifələri

Sovet rejimi dövründə yaşadığı çətinliklərə, məhdudiyyət və sıxıntılara baxmayaraq, AZƏRTAC Azərbaycan tarixinin təxminən bir əsrlik salnaməsini yaradıb. Dövlət müstəqilliyimizin bərpasından sonrakı illər isə onun inkişafının tam fərqli dövrüdür: agentlik ən müasir informasiya texnologiyaları ilə təchiz olunub, mobil, peşəkar yaradıcı komandaya və texniki heyətə malikdir. Azərbaycanın dinamik inkişafı və artan nüfuzu fonunda AZƏRTAC da cəsarətlə dünya arenasına çıxır, beynəlxalq informasiya məkanında mövqeyini getdikcə möhkəmləndirir. Vaxtilə səsi Azərbaycandan kənara çıxmayan AZƏRTAC bu gün dünyanın ən mötəbər iki media qurumuna - Dünya Xəbər Agentlikləri Konqresinə və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) rəhbərlik edir.

Bu uğur səhifələri arasında 2016-cı il xüsusi yer tutur. Həmin il AZƏRTAC eyni vaxtda iki böyük tədbirə - Dünya Xəbər Agentliklərinin V Konqresinə və OANA-nın XVI Baş Assambleyasına ev sahibliyi etdi. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan mötəbər beynəlxalq tədbirlər 5 qitədən, 80 ölkədən 130 xəbər agentliyinin 200-dək təmsilçisini - qlobal informasiya siyasətini müəyyənləşdirən peşəkarları, həmçinin media üzrə beynəlxalq ekspertləri, regional media qurumlarının rəhbərlərini Bakıda bir araya gətirdi. Prezident İlham Əliyevin bu tədbirlərin birgə açılış mərasimindəki parlaq nitqi, Konqres iştirakçılarının bir qrupu ilə görüşü böyük rezonans doğurdu, 150-dən çox xəbər agentliyi tərəfindən geniş işıqlandırıldı.

Beynəlxalq media qurumlarının Bakıda keçirilən tədbirlərində həm Dünya Xəbər Agentlikləri Konqresinə, həm də OANA-ya sədrlik 2019-cu ilədək AZƏRTAC-a keçdi. Bununla da Azərbaycanın və AZƏRTAC-ın adı dünya media tarixinə həkk olundu.

Bu məqamda AZƏRTAC-ın tarixinə və keçdiyi yola qısaca nəzər salmaq yerinə düşər.

AZƏRTAC Xalq Cümhuriyyətinin yadigarıdır

 Müstəqil respublikanın milli xəbər agentliyinin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu ilk vaxtlardan gündəmdə idi. Lakin müxtəlif səbəblərdən bu proses təxminən bir il uzandı. 1919-cu il martın 3-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin - Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili barədə məsələ müzakirəyə çıxarıldı. İclasda Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin bununla bağlı məruzəsi dinlənildi və agentliyin təşkil edilməsi xalq maarif naziri Nəsib bəy Usubbəyova tapşırıldı. Sonradan bu səlahiyyət Maarif Nazirliyindən alınaraq Poçt və Teleqraf Nazirliyinə həvalə edildi. AZƏRTAC-ın yaradılması haqqında qanun layihəsi və agentliyin əsasnaməsi hazırlandı.
1920-ci il fevralın 2-də agentliyin əsasnaməsi Milli Hökumətin iclasında müzakirə edilərək parlamentə təqdim olundu. Əsasnaməyə parlamentin fevralın 23-də keçirilən iclasında baxıldı. Nəhayət, 1920-ci il martın 1-də Azərbaycanın ilk milli xəbər agentliyi fəaliyyətə başladı. Martın 2-də “Azərbaycan” qəzetində AZƏRTAC-ın ilk xəbərləri dərc olundu. Lakin cəmi iki aydan sonra, aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə agentliyin də çətin günləri başladı.

Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk aylarda AZƏRTAC Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialına çevrildi. 1920-ci ilin iyununda isə AzQafRosta adı ilə Azərbaycan Mərkəzi Mətbuat Kollegiyasına daxil edildi, bir il sonra isə agentlik QafRosta-nın bazasında yenidən təşkil olundu və AzərTA adlandırıldı. 1922-ci ildə SSRİ qurulduqdan sonra isə AzərTA Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı kimi fəaliyyət göstərməyə başladı. Bir müddət sonra, 1923-cü ilin martında Zaqafqaziya Federasiyası yaradıldı və üç Cənubi Qafqaz respublikasının informasiya agentlikləri ZaqTA adı altında birləşdirildi. 1936-cı ildə isə AzərTA yenidən müstəqil informasiya vasitəsi kimi fəaliyyətini bərpa etdi.

Heydər Əliyev: Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında
AZƏRTAC-ın fəaliyyəti mühüm əhəmiyyət kəsb edir
 AZƏRTAC-ın əsl inkişaf dövrü 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə gəlişi ilə bağlıdır. 1970-ci illərdə SİTA öz baş ofisini kompüterləşdirməyə başlayanda Heydər Əliyevə hörmət əlaməti olaraq ittifaq respublikaları arasında, ilk növbədə, o vaxt Azərinform adlanan milli xəbər agentliyini müasir “Videoton”, daha sonra isə “Olivetti” markalı kompüterləri ilə təchiz etdi.
Sovet hakimiyyəti dövründə 8 dəfə ad dəyişikliyinə məruz qalan agentliyin tarixi adı Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qaytarıldı: 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi, nəhayət, Prezident İlham Əliyevin 2015-ci il 26 fevral tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi adlandırıldı.

Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda medianın roluna, xüsusən ölkə həqiqətlərinin dünya miqyasında yayılmasında AZƏRTAC-ın fəaliyyətinə mühüm əhəmiyyət verirdi. Bunu Ümummilli Liderin 2000-ci ilin fevralında, AZƏRTAC-ın 80 illik yubileyi ilə əlaqədar agentliyin kollektivinə ünvanladığı təbrik məktubundan da aydın görmək olar: “Müstəqilliyimizin daha da möhkəmləndirilməsində, ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edən köklü islahatların, baş verən mütərəqqi dəyişikliklərin, Ermənistanın respublikamıza təcavüzü ilə yaranmış mürəkkəb sosial-iqtisadi və insani problemlərin açılmasında, beynəlxalq aləmə yayılmasında AZƏRTAC-ın fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Son illər AZƏRTAC-ın fəaliyyətində xüsusi dönüş yaranmış, onun maddi-texniki bazasının gücləndirilməsi, işinin təkmilləşdirilməsi və daha operativ, səmərəli təşkili üçün mühüm tədbirlər görülmüşdür. Lakin elmi-texniki tərəqqinin media üçün, xüsusən elektron informasiya vasitələrinin hüdudsuz inkişafı üçün yaratdığı bütün imkanlar hər gün yeniləşməni və dünya elminin bu sahədəki nailiyyətlərinin geniş tətbiqini tələb edir. Odur ki, AZƏRTAC-ın kollektivi milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə bərabər, dünya informasiya məkanında layiqli yer tutmaq üçün daha əzmlə çalışmalıdır”.

Hazırda 21 ölkədə müxbir məntəqəsi olan AZƏRTAC
7 dildə informasiya yayır
Son illər dünya informasiya məkanında layiqli yer tutmağa nail olan AZƏRTAC bu gün 7 dildə - Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və Çin dillərində informasiya və 5 dildə videoxəbər yayır. Aylıq xəbər buraxılışının həcmi 10 mini ötür. Buraya, həmçinin 50 mindən çox foto, 1500-dək videoxəbər daxildir. Ölkə həyatının bütün sahələrində baş verən hadisə və yenilikləri operativ işıqlandıran agentlik, eyni zamanda, müstəqil Azərbaycanın uğurlarının daha geniş coğrafiyada təbliğinə nail olub. Onun xəbərləri hazırda dünyanın 100-dən çox ölkəsində yayılır. 
AZƏRTAC 2004-cü ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına, 2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilib. Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir, 2011-2013-cü illərdə BSANNA-ya sədrlik edib.

Dünyanın 45 ölkəsinin milli informasiya agentlikləri ilə əməkdaşlığa və xəbər mübadiləsinə dair müqavilələr imzalanıb, 21 ölkədə müxbir məntəqələri yaradılıb. Facebook, Twitter, YouTube, Instagram kimi sosial şəbəkələrdə AZƏRTAC-ın yeddi dildə profilləri fəaliyyət göstərir.

Hazırkı media bumu və sosial şəbəkələrlə rəqabət şəraitində AZƏRTAC informasiya məkanında yerini qoruyub saxlamaq və möhkəmləndirmək üçün müasir dövrün çağırışlarına çevik reaksiya verir, fəaliyyətini xəbər texnologiyasının ən yeni metodları və qabaqcıl dünya təcrübəsi əsasında qurmağa çalışır. Onun yaradıcı və texniki potensialı bu vəzifənin öhdəsindən gəlməyə imkan verən səviyyədədir.

AZƏRTAC-da bir iş günü

Yuxarıda təqdim olunan fotoreportaj AZƏRTAC-ın bir iş gününü əks etdirir. Fasiləsiz iş rejimində çalışan agentliyə xəbər axınının ardı-arası kəsilmir. Müxbirlər daim hadisələrin mərkəzinə can atır, ölkədə və dünyada baş verən mühüm yenilikləri insanlara operativ olaraq çatdırmağa tələsirlər.

Bütün strukturlarda fasiləsiz, qaynar iş gedir: redaksiyalara daxil olan xəbərlər sürətlə nəzərdən keçirilir və dərhal yayılır. Gecə-gündüz iş başında olan müxbirlər, fotomüxbirlər, operatorlar vaxt itirmədən xəbər arxasınca yollanır, müsahibələr alır, informasiya və reportajlar, videoxəbərlər hazırlayırlar. Bir sözlə, zamanın çağırışlarına cavab vermək, müasir medianın qarşısında duran tələblərlə ayaqlaşmaq üçün kollektivin bütün qüvvəsi gündəlik olaraq səfərbər edilir.

Qarşıda bizi yeni-yeni xəbərlər, oxucularımızla davamlı və maraqlı görüşlər gözləyir...

 

AZƏRTAC: Azərbaycanın 98 illik tarixinin günbəgün yazılan salnaməsi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər