CƏMİYYƏT
AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri bu ölkənin internet televiziyasında çıxış edib
Tbilisi, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Gürcüstan üzrə xüsusi müxbiri bu ölkədə geniş oxucu və tamaşaçı auditoriyasına malik 24news.ge internet televiziyasının “Azad ifadə” verilişinin qonağı olub.
AZƏRTAC-ın müxbiri verilişdə jurnalist İlkin Hüseynovun Gürcüstan-Azərbaycan əlaqələri, Azərbaycan-Gürcüstan-Türkiyə münasibətləri, Baş Nazir Giorgi Qaxarianın oktyabrın 9-da Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşü, eləcə də Türkiyənin Suriyanın Şimalında başlatdığı “Barış çeşməsi” əməliyyatı ilə bağlı suallarını cavablandırıb, fikirlərini bölüşüb.
Verilişi aşağıdakı linkdən izləmək olar: https://24news.ge/read/id/12031
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi