İQTİSADİYYAT


AZPROMO və “Kazakh Invest” ASC arasında əməkdaşlıq müzakirə olunub

Bakı, 6 avqust, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Kazakh Invest” ASC arasında əməkdaşlıq müzakirə olunub.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, “Kazakh Invest” ASC ilə keçirilən onlayn işgüzar görüşdə qurumun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların cəlb edilməsinin təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

“Kazakh Invest” ASC-nin idarə heyətinin sədri Baurcan Sartbayev təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, bu cür tədbirlərin keçirilməsinin iki şirkət arasında əlaqələrin genişlənməsində rolunu vurğulayıb.

Görüşdə AZPROMO və “Kazakh Invest” ASC arasında qarşılıqlı əlaqələrin inkişafı, İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyası (WAIPA) çərçivəsində birgə layihələrin perspektivləri müzakirə olunub.

Qeyd edək ki, AZPROMO və “Kazakh Invest” ASC İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının üzvüdür. AZPROMO, həm də Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.