SİYASƏT


Abdulla Qurbani: Azərbaycan komandaları Ermənistan komandalarından hər növdə üstündürlər

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycan komandaları Ermənistan komandalarından hər növdə üstündür.

Bu fikri AZƏRTAC-a açıqlamasında “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarının ssenari müəllifi və quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bildirib.

A.Qurbani deyib: “III Beynəlxalq Ordu Oyunlarının başa çatmasına bir neçə gün qalır. Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən, qeyri-formal olaraq hərbi olimpiada adlandırılan bu möhtəşəm oyunlar ildən-ilə ətrafına daha çox iştirakçı dövlətləri cəlb edir. Müsabiqə iştirakçılarının sayı daha da çoxalır. Təkcə builki yarışlarda 30-a yaxın ölkənin 3500 nəfərdən çox iştirakçısı öz güclərini sınayırlar. Yarışlar 5 ölkədə - Rusiyada, Belarusda, Azərbaycanda, Qazaxıstanda və Çinin 22 poliqonunda keçirilir. Bu il Azərbaycan 5 növdə beynəlxalq yarışlara qoşulub - Tank biatlonu, Səhra mətbəxi, Snayper həddi, Artilleriya atəşinin ustaları və “Dəniz Kuboku-2017” müsabiqəsi.

Vətənimizdən uzaqlarda keçirilən yarışlarda iştirak edən hərbçilərimizin çıxışlarını diqqətlə izləyirik. Azərbaycan komandaları Qazaxıstanda artilleriya atəşinin ustaları və snayper həddi üzrə yarışırlar. Moskva ətrafında isə hərbçilərimiz tank biatlonu və səhra mətbəxi üzrə müsabiqələrə qoşulublar. “Dəniz Kuboku-2017 isə Azərbaycanda keçirilir.

Ümumiyyətlə, Qazaxıstanda və Rusiyada keçirilən yarışlar barədə onu deyə bilərəm ki, artıq Azərbaycan hərbçiləri yarışlarda bütün növlər üzrə Ermənistanı tam üstələyib. Bu, bizi sevindirir. Ən böyük uğurumuz odur ki, Azərbaycan komandaları Ermənistan komandalarından hər növdə üstündür.

Bizim tankçılarımız da, kulinarlarımız da, snayperlərimiz də, artilleriyaçılarımız da Ermənistanı üstələyiblər. Yarışlar davam edir.

Xüsusi olaraq qeyd etməliyəm ki, bu peşəkarlıq təkcə yarışlarda deyil, eyni zamanda, döyüş meydanında da, təlimlərdə də məharətlə nümayış olunur. Dəfələrlə bunun şahidi olmuşuq. Bütün bu uğurlar onu göstərir ki, Silahlı Qüvvələrimizdə peşəkarlığa, döyüş hazırlığının səviyyəsinə daim diqqətlə yanaşılır və bu istiqamətdə işlər keyfiyyət baxımından daim yüksələn istiqamətdə davam etdirilir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.