CƏMİYYƏT


Abşeron çimərliklərində əlverişli hava şəraiti müşahidə ediləcək

Bakı, 18 iyul, AZƏRTAC

Ölkə ərazisində iyulun 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-25°, gündüz 30-34° isti, Bakıda gecə 23-25°, gündüz 32-34° isti olacağı proqnozlaşdırılır.

Atmosfer təzyiqi normadan aşağı - 751 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun hərarəti 26-27°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 27-28° isti olacaq.

Çimərliklərdə əlverişli hava şəraiti müşahidə ediləcək. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 19-da Abşeron yarımadasında temperatur rejimi və digər meteoroloji amillər iqlim norması daxilində tərəddüd edəcək ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-23°, gündüz 31-36° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 16-21°, gündüz 32-37° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17°, gündüz 22-27° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-23°, gündüz 31-36° isti olacağı bildirilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-25°, gündüz 29-34° isti, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacağı ehtimalı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.