ELM VƏ TƏHSİL


Əcnəbi tələbələrin işğaldan azad olunmuş rayonlara səfəri başlayıb

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də Təhsil və Müdafiə nazirlikləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə əcnəbi tələbələrin işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil olunub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfərdə 16 ali təhsil müəssisəsinin 31 ölkəni təmsil edən 40 əcnəbi tələbəsi iştirak edir.

Səfər çərçivəsində Füzuli rayonunda qədim məscid, qəzet redaksiyası, hərbi hissə, köhnə qəbiristanlıq ziyarət olunacaq. Cəbrayıl rayonunda isə Xudafərin körpüsü, su elektrik stansiyası, “Dostluq bulağı”, “Qədim çinar” yay kinoteatrı, şəhər qəbiristanlığına baş çəkiləcək. Eyni zamanda, xarici tələbələrin ifasında milli folklor nümunələri sərgilənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.