DÜNYA


Afina çimərlikləri neft ilə örtülüb

Bakı, 14 sentyabr, AZƏRTAC

Afinanın bəzi sahilləri batan neft gəmisindən sızma səbəbindən neftlə boyanıb.

AZƏRTAC xəbər verir ki, ölkənin Alimos və Glifada bölgələri arasındakı çimərliklər müvəqqəti bağlanıb. Ərazinin neftdən təmizlənməsi işlərinə başlanılıb.

Yunanıstanın dənizçilik naziri Panagiotis Kouroumplis bölgədə böyük hissədə təmizlik işlərinin davam etdirildiyini deyib. Bildirib ki, təxminən 20-25 günə bütün sahillər tamamilə neftdən təmizlənəcək.

Qeyd edək ki, ötən günlərdə 2 min 200 ton mazut və 370 ton qaz yağı daşıyan “Aghia zoni II” adlı gəmi batıb. Hadisənin səbəbi hələ də bilinmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.