DÜNYA


Afinanın “Elefterios Venizelos” aeroportu Avropada ən yaxşı hava limanı seçilib

Afina, 12 aprel, AZƏRTAC

Hannoverdə keçirilən mükafatladırma mərasimində Afinanın beynəlxalq “Elefterios Venizelos” aeroportu “Routes Europe 2019” nominasiyasında Avropada ən yaxşı hava limanı seçilib.

AZƏRTAC xəbər verir ki, Belçika, Danimarka, Almaniya, Norveç və Rusiya hava limanları ilə mübarizədə məhz Afina aeroportu qalib gəlib. İkinci yeri Brüssel aeroportu tutub. Hakimlərin fikrincə, Yunanıstanda 2018-ci ildə sərnişindaşımanın artması təqdirəlayiqdir. Belə ki, ötən il Afina aeroportunda sərnişin axını 11 faiz artaraq 24 milyon nəfərə çatıb. Eyni zamanda, keçən il Afina hava limanından 62 yeni marşrut açılıb və 4 yeni aviaşirkət qeydiyyata alınıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.