Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qanidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən qardaş Azərbaycan dövlətinin Prezidenti seçilməyiniz münasibətilə Sizə Əfqanıstan xalqı adından ən xoş və ən səmimi təbriklərimi çatdırıram.

Xalqınızın Sizi bu ali vəzifəyə yenidən layiq görməsi xidmətlərinizə verilən yüksək qiymət və gələcək planlarınıza inamın təzahürüdür.

Zati-aliləri cənab Prezident, əminəm ki, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz bütün sahələrdə mövcud imkanlar baxımından genişlənəcək və güclənəcəkdir.

Bu böyük qələbə münasibətilə Sizi bir daha təbrik edir, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına əmin-amanlıq və tərəqqi arzu edirəm.

Hörmətlə,

 

Məhəmməd Əşrəf Qani

Əfqanıstan İslam Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin