DÜNYA
Əfqanıstanda terror aktı nəticəsində 5 nəfər ölüb
Bakı, 14 avqust, AZƏRTAC
Əfqanıstanın Vardak əyalətində yolun kənarına yerləşdirilmiş əldəqayırma bomba bir avtomobilin keçdiyi zaman partladılıb. Terror aktı nəticəsində ən azı 5 nəfərin öldüyü, daha 3 insanın isə yaralandığı bildirilir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Vardak əyalətinin başçısı Müzəfərəddin Yəmin jurnalistlərə açıqlamasında hadisənin Kabil-Qəzni magistral yolunun Vardak vilayəti ərazisindəki Ceğtu rayonunda baş verdiyini bildirib. Onun sözlərinə görə, bomba bir ailənin öz avtomobili ilə bu ərazidən keçdiyi vaxt partladılıb. Yəmin əlavə edib ki, həlak olanların da hamısı həmin ailənin üzvləridir. O, yaralıların xəstəxanaya çatdırıldığını qeyd edib.
Qeyd olunur ki, terror aktı ilə əlaqədar “Taliban”dan heç bir açıqlama verilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]