Əfqanıstanda törədilən terror aktı nəticəsində 23 nəfər ölüb
AzerTAg.az
29.11.2020 [14:09]

Tehran, 29 noyabr, AZƏRTAC
Əfqanıstanın Gəznə şəhərində törədilən terror aktı nəticəsində 23 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gəznə vilayəti administrasiyasının nümayəndəsi Vahidullah Cumazadə bildirib.
O qeyd edib ki, terror aktı zamanı Əfqanistan ordusunun xüsusi təyinatlı qüvvələrinin yerləşdiyi bina partladılıb. Terrorçular bomba quraşdırılmış avtomobili binanın yanında saxlayıb və uzaqdan idarəetmə pultu ilə onu partladıblar. Bina dağılıb, nəticədə 23 nəfər ölüb, 16 nəfər isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb.
Hadisə yerində araşdırma aparılır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
01.02.2023 [02:07]
31.01.2023 [23:12]
MULTİMEDİA
31.01.2023 [19:14]
31.01.2023 [18:23]
31.01.2023 [16:26]
01.02.2023 [01:05]
31.01.2023 [23:48]
31.01.2023 [23:30]
31.01.2023 [20:06]
31.01.2023 [18:03]
31.01.2023 [17:45]
31.01.2023 [19:29]
31.01.2023 [18:37]
31.01.2023 [18:03]
31.01.2023 [17:24]
31.01.2023 [16:40]
31.01.2023 [14:20]
26.01.2023 [17:40]
25.01.2023 [16:07]
25.01.2023 [02:07]
31.01.2023 [16:05]
31.01.2023 [15:17]
31.01.2023 [16:49]
31.01.2023 [15:05]
31.01.2023 [22:12]
31.01.2023 [21:18]
31.01.2023 [20:50]
Xəbərin mətnində orfoqrafik səhv var