CƏMİYYƏT


Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər prokurorluğa göndərilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Bakının Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, “Oba” marketin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət əsasında aparılan araşdırma başa çatıb.

Xidmət rəsmisi Vaqif Cavadov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı həmin ərazidəki ağacların kəsilməsinə görə təbiətə 1200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“İlkin araşdırma zamanı “Oba” marketin qarşısındakı ağacların marketin rəhbərliyinin göstərişi əsasında kəsildiyinə əsaslı şübhələr yarandığından və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Binəqədi Rayon Prokurorluğuna göndərilib”.

V.Cavadov onu da qeyd edib ki, kəsilmiş və düzgün budanmamış ağacların yerinə yenilərinin əkilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Birliyinə rəsmi müraciət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.