CƏMİYYƏT


Ağcabədi rayon sakinindən yeddi kiloqramdan çox narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb

Bakı, 28 iyul, AZƏRTAC

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən yeddi kiloqramdan çox narkotik vasitə olan marixuana götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakini Taleh Əliyev saxlanılıb. İlkin olaraq onun üzərinə baxış keçirilərkən marixuana aşkarlanıb. Sonra onun yaşadığı ünvana baxış zamanı 7 kiloqram 300 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.