REGİONLAR


Ağdam Musiqi Kollecində görüş

Ağdam, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-də Təhsil nazirinin müavini Firudin Qurbanov Ağdam Musiqi Kollecinin müəllim kollektivi ilə görüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Təhsil nazirinin müavini Firudin Qurbanov müasir dövrün müəllimlərindən tələb olunan əsas keyfiyyətlərdən danışıb. Nazir müavini deyib ki, hər bir müəllim nümunə olmalı, öz məsuliyyətini dərk etməlidir.

Firudin Qurbanov bildirib ki, müəllim öyrənməyi öyrətməli, xarici dil biliklərinə yiyələnməli, müasir texnologiyalardan istifadə etməyi bacarmalıdır. Nazir müavininin sözlərinə görə, təhsilalanların mütaliə bacarığının formalaşmasında müəllim xüsusi rol oynayır. Gəncləri elə formalaşdırmaq lazımdır ki, onlar ölkəmizin gələcək inkişafını təmin edə bilsinlər.

Nazir müavini Ağdam Musiqi Kollecinin fəaliyyətinə toxunub, təhsil müəssisəsinin uşaqlara mədəniyyətin aşılanmasında rolunu qeyd edib.

Sonda nazir müavini müəllimlərin fikir və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.