REGİONLAR


Ağdamda “Xüsusi təyinatlı İbad-2” filmi nümayiş olunub

Ağdam, 8 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam Dövlət Dram Teatrında Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov haqda çəkilmiş “Xüsusi təyinatlı İbad-2” filminin nümayişi olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, filmin nümayişindən əvvəl çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Qafar Əliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında filmin əhəmiyyətini yüksək qiymətləndirib, ekran əsərlərinin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürlərini bildiriblər.

Sonra filmin ssenari müəllifi Cəlaləddin Qasımov ekran əsəri barədə məlumat verib. Bildirib ki, filmdə ermənilərin Kür çayı sahilində törətmək istədikləri növbəti terror aktının qarşısının İbad Hüseynov və dəstəsi tərəfindən rəşadətlə alınmasından bəhs edilir. Ekran əsərinin quruluşçu rejissoru Natiq Novruzov, ikinci rejissoru Rəşad Nuri, quruluşçu operatoru Fahir Səmədoğludur. Döyüş səhnələri ilə zəngin filmdə İbad rolunu Elçin Məmmədli canlandırıb. Filmdə, həmçinin Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Xalidə Quliyeva, aktyor Rəşad Səfərov və başqaları çəkiliblər.

Çıxışlardan sonra film nümayiş olunub və tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.