REGİONLAR


Ağdamda keçirilən növbəti ağacəkmə aksiyasında 950 ədəd ting əkilib

Ağdam, 14 yanvar, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illik yubileyi münasibətilə keçirilən “700 min ağac əkək” kampaniyası çərçivəsində Ağdam rayonunda ağacəkmə aksiyaları davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 13-də rayonun girişindəki Bayraq meydanı ərazisində və Soltanbud meşəsində keçirilən növbəti aksiyada 950 ədəd ting əkilib. Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilib.

Bu ilin may ayınadək davam edəcək aksiyalarda 6500 ədəd ağacın əkilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.