REGİONLAR


Ağdaşda indiyədək 600 hektara yaxın sahədə çəltik əkilib

Ağdaş, 7 iyun, AZƏRTAC 

Ağdaş rayonunda çəltik əkini davam edir və artıq 592 hektar sahədə əkin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, çəltikçiliklə, demək olar ki, bütün ərazi dairələrinin, əsasən də 21 yaşayış məskəninin sakinləri məşğul olur. Şıxlı, Kotavan, Aşağı Nemətabad, Orta Ləki, Yenicə və bir sıra digər kəndlərin ərazilərində əhali əkin sahələrini ildən-ilə artırır. Bu da təsadüfi deyil. Axı, öz keyfiyyəti ilə seçilən yerli düyüyə bazarlarda tələbat çoxdur.

Qeyd edək ki, ötən il rayonda 598 hektarda çəltik əkilmişdi. Cari mövsümdə isə əkin sahələrinin 700 hektara çatdırılacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.