“Ağıllı sənaye” üzrə məhsul və xidmətlər təqdim edən startaplar üçün “IndX2021” müsabiqəsi keçiriləcək
AzerTAg.az

Bakı, 28 may, AZƏRTAC
“Ağıllı sənaye” üzrə məhsul və xidmətlər təqdim edən startaplar üçün “IndX2021” müsabiqəsi keçiriləcək.
AZƏRTAC İnnovasiyalar Agentliyinə istinadla xəbər verir ki, “IndX2021” İsveçin “Linköping Science Park”ı tərəfindən yaradılmış və Şərqi İsveçdə fəaliyyət göstərən 4 nəhəng qlobal sənaye şirkətinin - “Saab”, “Siemens Energy”, “Toyota Material Handling” və “Väderstad” birgə əməkdaşlıq etdiyi nadir platformadır. Bu sənaye nəhəngləri “Linköping Science Park” ilə birgə yüksək texnologiyalar üzrə yeni innovativ təşəbbüslərin və startapların axtarışındadırlar. Bu platforma dünyada fəaliyyət göstərən bütün startapları müsabiqəyə dəvət edir.
Qaydalara əsasən müraciət etmiş bütün startaplar arasından 10 ən uğurlu layihə seçilərək “Virtual Pitch” mərhələsinə buraxılış vəsiqəsi alacaq.
Məlumat üçün bildirək ki, ötən il müraciət etmiş startaplardan 5-nin layihə konsepsiyası təsdiq edilmiş və hazırda onlar qeyd edilən nəhəng sənaye şirkətləri ilə uğurla əməkdaşlıq edirlər. Startap ərizələrinin son müraciət tarixi 2021-ci il mayın 31-dəkdir.
“Virtual pitch” təqdimatı iyunun 2-də Bakı vaxtı ilə saat 08:00-dan 10:00-dək keçiriləcək.
Xəbərin mətnində orfoqrafik səhv var