CƏMİYYƏT


Ağstafa rayon sakininin evindən oğurluq edən şəxs saxlanılıb

Bakı, 15 iyul, AZƏRTAC

Ağstafa Rayon Polis Şöbəsinə rayonun Aşağı Göycəli kənd sakini 83 yaşlı C.Əliyevanın yaşadığı evə girən maskalı şəxsin onu balta və bıçaqla hədələyərək 10 manat məbləğində pulunu, qızıl üzüyünü və sırğasını aldığı, sonradan otağın döşəməsini yandırıb getməsi barədə məlumat verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğın söndürülüb və quldurluq əməlini törətməkdə şübhəli bilinən kənd sakininin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Görülən tədbirlər nəticəsində həmin şəxsin əvvəllər məhkum edilmiş Ş.Heydərov olduğu müəyyənləşdirilib və o saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.