REGİONLAR


Ağstafada günəbaxan yığımına başlanıb

Ağstafa, 22 avqust, Famil Quliyev, AZƏRTAC

Ağstafa rayonunda bu il 242 hektar ərazidə günəbaxan əkilib. Sahibkarlar artıq günəbaxan sahələrində məhsul yığımına başlayıblar.

Rayonun Soyuqbulaq kəndində fermer Elşən Məmmədov da 50 hektar ərazidə günəbaxan yetişdirib. Fermer AZƏRTAC-a bildirib: “50 hektar sahədə bol günəbaxan məhsulu yetişdirmişəm. Becərmə dövrü bütün aqrotexniki qaydalara əməl etmişik. Artıq məhsul yığımına başlamışıq, bir hektardan 1,5-2 ton məhsul gözləyirik. Gələcəkdə əkin sahələrini 100 hektaradək genişləndirməyi planlaşdırmışam”.

Fermerlər məhsulun satışında da heç bir problemlə qarşılaşmırlar. Günəbaxan kombayınla biçiləndən sonra qurudulur, kisələrə yığılandan sonra isə sahədəcə satılır.

Qeyd edək ki, vətəni Amerika olan günəbaxanın Azərbaycanın əksər rayonlarında adi növü əkilir. Günəbaxan dənələrindən yeyinti sənayesində, boya sənayesində və tibbin müxtəlif sahələrində istifadə olunur. Günəbaxanın yaşıl kütləsi isə heyvandarlıqda silos kimi əvəzsiz məhsuldur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.