REGİONLAR


Ağstafalı şəhid torpağa tapşırılıb VİDEO

Ağstafa 13 iyul, Rauf Hacıyev, AZƏRTAC

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Mənfur erməni silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alarkən 4 nəfər hərbi qulluqçumuz şəhid olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlardan biri Ağstafanın Yuxarı Göycəli kənd sakini, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Sadıqov Vüqar Lətif oğludur.

Vüqar Lətif oğlu Sadıqov 1987-ci ildə dünyaya gəlib. O, orta məktəbi bitirdikdən sonra əsgər kimi Azərbaycan Ordusunda xidmət edib, 2014-cü ildən etibarən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayıb. Şəhidin yadigar 3 azyaşlı övladı – 2 qızı, bir oğlu qalıb.

İyulun 13-də şəhid çavuşumuzun izdihamlı dəfn mərasimi keçirilib.

Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları mərasimdə iştirak ediblər.

Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədiklərini bildiriblər.

Şəhidin atası Lətif Sadıqov oğul itkisinin ağır olmasına baxmayaraq, onun şəhidliyindən qürur duyduğunu bildirib.

Şəhid çavuş Yuxarı Göycəli qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycanın üçrəngli bayrağı şəhidin oğluna təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.