REGİONLAR
Ağsuda 20-dən çox traktor şum işlərinə cəlb olunub
Ağsu, 14 avqust, AZƏRTAC
Ağsu rayonunda yay şumu çıxarılır və bu iş üçün 20-dən çox traktor cəlb olunub.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, artıq 3600 hektardan çox sahədə payızlıq əkinlər üçün yay şumu qaldırılıb və işlər sürətlə davam etdirilir. Yay şumunun zəruri aqrotexniki tədbir olduğunu diqqətdə saxlayan fermerlər və fiziki şəxslər bu mühüm tədbirin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün ciddi səy göstərirlər. Əksər ərazilərdə, o cümlədən Padar, Rəhimli, Növcü, Ərəbmehdibəy və bir sıra digər ərazi dairələrində işlər daha mütəşəkkil təşkil olunub.
Qeyd edək ki, payız aylarında bölgədə 35 min hektardan çox sahədə əkin aparılması gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [19:12]
30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]
Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib
- 07.05.2024 [14:58]