REGİONLAR


Ağsuda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub

Ağsu, 23 iyun, AZƏRTAC

Ağsuda 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər parkına gələrək, Ulu Öndərin abidəsini ziyarət edib, önünə təzə-tər çiçəklər düzüblər.

Rayon icra hakimiyyətində keçirilən yığıncağı icra başçısının birinci müavini Füzuli Kərimli açaraq dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, məsul vəzifələrində onlara uğurlar arzulayıb.

Tədbirdə icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyevanın məruzəsi dinlənilib, çıxışlar olub. Məruzə və çıxışlarda müstəqillik qazanan Azərbaycanda dövlət qulluğunun formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin xüsusi xidmətləri qeyd olunub. Bildirilib ki, 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ölkəmizdə bu sahədə vahid dövlət siyasətinin formalaşdırılmasının əsasını qoyub. Azərbaycanda dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatları, qazanılan uğurları diqqətə çatdıran natiqlər bu sahədə Prezident İlham Əliyevin gördüyü tədbirlərdən də ətraflı bəhs ediblər. Qeyd olunub ki, bu gün respublikamızda, o cümlədən Ağsu rayonunda dövlət qulluğu üçün kadrların seçilməsi, yerləşdirilməsi, onların ixtisas hazırlıqlarının artırılması, attestasiyası, sosial müdafiəsi və digər məsələlər diqqət mərkəzindədir. Bildirilib ki, hazırda rayonda 142 nəfər dövlət qulluqçusu var. Rayonda qadın, habelə gənc kadrların dövlət qulluğuna irəli çəkilməsinə daha çox diqqət yetirildiyi vurğulanıb. Habelə, qeyd edilib ki, son illər Ağsudan 5 nəfər Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Təntənəli yığıncaqda dövlət qulluğunda fərqlənənlərə fəxri fərman verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.