REGİONLAR


Ağsuda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 8-ci ildönümü qeyd olunub

Ağsu, 13 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ölkəmizdə səfərbərlik işinin təşkili, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, şəffaflıq əsasında çağırışçıların həqiqi hərbi xidmətə cəlb edilməsi və ordu quruculuğu sahəsində dövlət siyasətini həyata keçirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sətirlər fevralın 13-də Ağsuda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümünə həsr olunan tədbirdə səsləndirilib. Rayon rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbirin iştirakçıları öncə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Ağsu rayon şöbəsinin inzibati binasında davam etdirilib. Rayon şöbəsinin rəisi, polkovnik-leytenant Zaur Əliyev çıxışında qurumun ölkədə səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində ardıcıl və məqsədyönlü fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, rayon şöbəsi Xidmətin fəaliyyət istiqamətinə uyğun olaraq yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin gücləndirilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir və bu tədbirlərdə gənclər fəal iştirak edirlər. Təsadüfi deyil ki, bu gün gənclərin hərbi xidmətə yola salınması əsl bayram əhval-ruhiyyəsində qeyd olunur.

Sonda xidməti fəaliyyətində fərqlənən işçilərə, fəal hərbi müəllimlərə fəxri fərman və hədiyyələr verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.