Ağsuda söyüd ağaclarının kəsilməsi nəticəsində təbiətə 1360 manat məbləğində ziyan dəyib
AzerTAg.az
Bakı, 16 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağsu şəhərində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti nazirliyin yerli ekologiya idarəsinin əməkdaşları araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı şəhərin Molla Vəli Vidadi küçəsində 6 söyüd ağacının icazəsiz kəsildiyi aşkarlanıb. Ağacların Ağsu Yaşıllaşdırma və Abadlaşdırma Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi Namiq Mürsəlovun göstərişi ilə kəsildiyi və təbiətə 1360 manat məbləğində ziyan dəydiyi müəyyənləşib. Faktla bağlı akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər qanunauyğun tədbirlərin görülməsi üçün Ağsu Şəhər Prokurorluğuna göndərilib.

Xəbərin mətnində orfoqrafik səhv var